“İnstagram”ın ən populyar iyirmiliyinin beşi Kardaşyanlardır – Siyahı


“İnstagram”ın istifadəyə verilməsindən 16 il sonra platformanın ən populyar şəxsi hesablarının auditoriyası yüz milyonlarla ölçülür.
Yeniavaz.com
xəbər verir ki, 2026-cı ilin avqust ayının sonuna olan məlumatlara görə, “İnstagram”da ən çox izlənən şəxs portuqaliyalı futbolçu Kriştiano Ronaldodur. Onun hesabını 679 milyon insan izləyir.
Ronaldo 516 milyon izləyicisi olan argentinalı futbol əfsanəsi Lionel Messini 163 milyon fərqlə qabaqlayır.
İlk üçlükdə 403 milyon izləyici ilə amerikalı aktrisa və müğənni Selena Qomez qərarlaşıb. Onu 381 milyon izləyici ilə aktyor Dueyn Conson və eyni sayda izləyicisi olan Kayli Cenner izləyir.
Reytinqdə Kardaşyan ailəsinin bir neçə üzvü də yer alıb. Kim Kardaşyan 344 milyon, Xloi Kardaşyan 291 milyon, Kendal Cenner 277 milyon, Kortni Kardaşyan isə 209 milyon izləyiciyə malikdir.
Qeyd edək ki, Kayli Cenner də Kardaşyanların ögey bacılarıdır.
Musiqiçilər arasında Ariana Qrande, Beyons, Castin Biber, Teylor Svift, Cennifer Lopez, Mayli Sayrus və Keti Perri ən yüksək pillələrdədir.
İlk 20-likdə ABŞ-dən olan şəxslər üstünlük təşkil etsə də, beynəlxalq idman ulduzları da siyahıda mühüm yer tutur. Braziliyalı Neymarın 242 milyon, hindistanlı kriketçi Virat Kohlinin isə 272 milyon izləyicisi var.
Teylor Sviftlə Virat Kohlinin izləyici sayı arasında cəmi 1 milyon fərq var. Svift 273 milyon izləyici ilə 12-ci, Kohli isə 272 milyon izləyici ilə 13-cü yerdədir.
“İnstagram”da ən çox izlənən 20 şəxs bunlardır:
Kriştiano Ronaldo – 679 milyon (idmançı)
Lionel Messi – 516 milyon (idmançı)
Selena Qomez – 403 milyon (aktrisa)
Dueyn Conson – 381 milyon (aktyor)
Kayli Cenner – 381 milyon (media fenomeni)
Ariana Qrande – 363 milyon (aktrisa və musiqiçi)
Kim Kardaşyan – 344 milyon (media fenomeni)
Beyons – 299 milyon (musiqiçi)
Xloi Kardaşyan – 291 milyon (media fenomeni)
Castin Biber – 286 milyon (musiqiçi)
Kendal Cenner – 277 milyon (media fenomeni)
Teylor Svift – 273 milyon (musiqiçi)
Virat Kohli – 272 milyon (idmançı)
Neymar – 242 milyon (idmançı)
Cennifer Lopez – 240 milyon (aktrisa və musiqiçi)
Kortni Kardaşyan – 209 milyon (media fenomeni)
Mayli Sayrus – 205 milyon (aktrisa və musiqiçi)
Keti Perri – 195 milyon (musiqiçi)
Zendaya – 177 milyon (aktrisa)
Kevin Hart – 172 milyon (aktyor)


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top