Böyük Vətən müharibəsinin 102 yaşlı iştirakçısı dünyasını dəyişdi


Böyük Vətən müharibəsinin iştirakçısılarından Rəşid Qasımov 102 yaşında Göyçay rayonunda dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Nadir Yalçın məlumat yayıb.
Qeyd edək ki, Rəşid Mənsim oğlu Qasımov 1924-cü il may ayının 9-da Füzuli rayonunda anadan olub.
18 yaşında İkinci Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, müharibədə sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib.
R.Qasımov Vətən müharibəsinin şəhidi, baş leytenat Səid Rəşidzadənin babası, Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nofəl Qasımovun atasıdır.

DİGƏR XƏBƏRLƏR

Top