
Türkiyənin qadınlardan ibarət milli voleybol komandası ardıcıl ikinci dəfə Avropa çempionu titulunu qazanıb.
Yeniavaz.com xəbər verir ki, İstanbulda, Sinan Erdem İdman Kompleksində keçirilən final qarşılaşmasında Türkiyənin rəqibi İtaliya olub.
Gərgin keçən final matçında “Filenin sultanları” rəqibini 3-2 hesabı ilə (16-25, 25-22, 12-25, 25-21 və 15-10) məğlub edərək qızıl medalın sahibi olub.
Bununla da Daniele Santarellinin rəhbərliyi altında çıxış edən Türkiyə millisi 2023-cü ildəki uğurunu təkrarlayaraq növbəti dəfə çempionluq titulunu əldə edib.
Tətbiqimizi yükləyə bilərsiniz