
2026-cı ildə yaşamaq üçün dünyanın ən yaxşı ölkələri açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, “Rumavi” platformasının hazırladığı reytinqdə 184 ölkə müxtəlif göstəricilər üzrə qiymətləndirilib.
Reytinq maliyyə və vergi, yaşayış və səhiyyə, təhlükəsizlik və sabitlik, eləcə də məskunlaşma və imkanlar olmaqla 4 əsas istiqamət üzrə 24 göstəricini əhatə edib.
Siyahıda ilk üçlükdə Estoniya, Sinqapur və Malayziya qərarlaşıb. Estoniya 72,8 balla birinci, Sinqapur 72,6 balla ikinci, Malayziya isə 72 balla üçüncü olub.
Reytinqdə yer alan ilk 20 ölkə aşağıdakı kimi olub:
Estoniya – 72,8
Sinqapur – 72,6
Malayziya – 72,0
Portuqaliya – 71,6
Tayvan – 71,4
Litva – 71,0
Honkonq – 71,0
Sent-Kits və Nevis – 70,3
Çexiya – 69,9
Malta – 69,8
Kipr – 69,7
Bolqarıstan – 69,7
Birləşmiş Ərəb Əmirlikləri – 69,4
Gürcüstan – 69,3
Bruney – 69,3
Yeni Zelandiya – 69,1
Yaponiya – 69,1
Xorvatiya – 68,9
Latviya – 68,7
Kosta-Rika – 68,7
Avropa ölkələri ilk 20-likdə üstünlük təşkil edib. Belə ki, siyahının yarısını Avropa ölkələri təşkil edib.
Reytinqin sonuncu pilləsində isə Əfqanıstan qərarlaşıb. Ölkə 39,5 bal toplayıb. Ondan əvvəl Yəmən (41,4), Cənubi Sudan (42,3), Niger (42,4) və Çad (42,8) yer alıb.
ABŞ isə gözləniləndən xeyli aşağı nəticə göstərərək 184 ölkə arasında 107-ci yerdə qərarlaşıb. ABŞ-nin göstəricisi 60 bal olub. Ölkə təhsil, biznes imkanları və sahibkarlıq sahələrində yüksək qiymətləndirilsə də, yüksək yaşayış xərcləri, səhiyyə, təhlükəsizlik və ümumi yaşayış keyfiyyəti üzrə nəticələrinə mənfi təsir edib.
Qeyd edək ki, təqdim olunan siyahıda Azərbaycan 61,5 balla 184 ölkə arasında 91-ci sırada yer alıb.
Keçmiş SSRİ və qonşu ölkələrin “Yaşamaq üçün dünyanın ən yaxşı ölkələri” siyahısındakı mövqeyi aşağıdakı kimi olub:
1-ci yer: Estoniya – 72,8 bal
6-cı yer: Litva – 71 bal
14-cü yer: Gürcüstan – 69,3 bal
19-cu yer: Latviya – 68,7 bal
77-ci yer: Qazaxıstan – 62,9 bal
82-ci yer: Moldova – 62,4 bal
86-cı yer: Ermənistan – 62,2 bal
91-ci yer: Azərbaycan – 61,5 bal
97-ci yer: Türkiyə – 60,9 bal
110-cu yer: Özbəkistan – 59,9 bal
114-cü yer: Ukrayna – 59,7 bal
118-ci yer: Qırğızıstan – 59,3 bal
121-ci yer: Rusiya – 57 bal
129-cu yer: Belarus – 58 bal
137-ci yer: Tacikistan – 43 bal
139-cu yer: İran – 54,8 bal
155-ci yer: Türkmənistan – 52,3 bal
Tətbiqimizi yükləyə bilərsiniz