Mitsotakis Türkiyənin F-35 almasına mane olan hüquqi problemlərin olduğunu deyib


Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyənin ABŞ-dən F-35 qırıcıları almasının qarşısında ciddi hüquqi maneələrin olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, Mitsotakis bu barədə 90-cı Saloniki Beynəlxalq Sərgisində keçirdiyi mətbuat konfransında danışıb.
Baş nazir qeyd edib ki, ABŞ-yə hansı silah sistemlərini hansı ölkəyə satmalı olduğunu demək Yunanıstanın işi deyil. Bununla belə, Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı həllinin necə mümkün olacağı aydın olmayan hüquqi məsələlərin qaldığını vurğulayıb.
Mitsotakis həmçinin bildirib ki, Yunanıstan artıq NATO-ya ÜDM-nin 3,5 faizini ayıran beş ölkədən biridir. Onun sözlərinə görə, bu, yalnız alyans qarşısında öhdəliklərin yerinə yetirilməsi ilə deyil, ölkənin təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.
Baş nazir Yunanıstanın Yaxın Şərq siyasətinə də toxunub. O bildirib ki, Afinanın İsraillə strateji münasibətləri digər Yaxın Şərq ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinə mane olmur.
Mitsotakis yaxın vaxtlarda Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, Türkiyənin F-35 proqramına qayıtması məsələsində əsas problemlərdən biri Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması ilə bağlı ABŞ tərəfindən tətbiq edilən məhdudiyyətlərdir. Türkiyə hazırda F-35 proqramına yenidən qoşulmaq üçün danışıqları davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top