ABŞ prezidentinin xüsusi nümayəndələri Kiyevə gəlib


ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.
Yeniavaz.com
“RBC-Ukraine”yə istinadən xəbər verir ki, bu, Vitkoff və Kuşnerin Ukraynaya ilk səfəridir.
ABŞ nümayəndələrini Kiyevdə Ukraynanın danışıqlar qrupunun üzvləri – Prezident Aparatının rəhbəri Kirilo Budanov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və “Xalqın Xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamiya qarşılayıblar.
Səfərdən bir gün əvvəl Vitkoff və Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə üç saatdan çox davam edən görüş keçiriblər. Görüşdə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması və mümkün sülh yolları müzakirə olunub.
Kremlin məlumatına görə, danışıqlar “mənalı və konstruktiv” keçib. Ağ Ev isə tərəflərin müharibəyə son qoyulması üçün atılacaq növbəti addımlarla bağlı konkret planları müzakirə etdiyini bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski də amerikalı nümayəndələrlə görüş keçirib. O, Kiyevin danışıqlar üçün öz təkliflərini hazırladığını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vitkoff və Kuşnerin Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı təklif hazırladığını bildirmişdi. Vaşinqtonun planının tam məzmunu isə hələlik ictimaiyyətə açıqlanmayıb.
Zelenski Ukraynanın müharibənin mümkün qədər tez başa çatmasında maraqlı olduğunu, lakin bunun təhlükəsizlik zəmanətləri və davamlı sülhlə təmin edilməli olduğunu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top