Suriyada İŞİD-in hücumu nəticəsində 1 türk əsgəri şəhid olub, 2-si yaralanıb

Suriyanın şimalında İŞİD terror qruplaşmasının hücumu nəticəsində 1 türk əsgəri şəhid olub, daha 2-si yaralanıb. "Milliyet"-in verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir. Yaralı əsgərlər Qaziantep xəstəxanasına çatdırılıblar. Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq "Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir.APA

DİGƏR XƏBƏRLƏR

Top