
Misirdə məşhur televiziya aparıcısı Sarah Xalifa və daha 11 nəfər edam cəzasına məhkum edilib.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, qərarı Qahirə məhkəməsi verib.
Təqsirləndirilən şəxslər narkotik maddələrin istehsalı və satışı məqsədilə mütəşəkkil cinayət qrupu yaratmaqda ittiham olunublar.
Onlar həmçinin qanunsuz silah və sursat saxlamaqda təqsirli biliniblər.
İstintaq zamanı iki ünvana basqın edilib. Əməliyyat zamanı 750 kiloqramdan çox narkotik maddə və onun hazırlanmasında istifadə olunan xammal aşkarlanıb. Çox sayda qanunsuz silah və sursat da götürülüb.
Sarah Xalifa və bəzi digər təqsirləndirilən şəxslər gənc bir şəxsi qaçırmaq və döyməkdə də ittiham olunublar. Bu iş üzrə onlara 5 il həbs cəzası verilib.
Qeyd edək ki, edam qərarı hələ yekunlaşmayıb. Təqsirləndirilən şəxslərin apellyasiya hüququ var.
Tətbiqimizi yükləyə bilərsiniz