
ABŞ-də 33 yaşlı Gürcüstan vətəndaşı Erekle Quqava 1,3 milyard dollarlıq çirkli pulların yuyulması ilə bağlı ittiham olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
İstintaqa görə, Quqava 2025-ci ilin fevralından iyul ayına qədər Pensilvaniyada tibbi avadanlıq şirkətinə sahib olub.
Şirkət “Medicare” və digər özəl sığorta şirkətlərinə 1,3 milyard dollarlıq saxta ödəniş tələbi göndərib. Bu tələblər üzrə təxminən 6,5 milyon dollar ödənilib.
İddialara görə, Quqava həmin pulları qəbul edib və xaricdəki hesablara köçürüb.
ABŞ Ədliyyə Nazirliyi fırıldaqçılığın beynəlxalq təşkilat tərəfindən həyata keçirildiyini bildirir.
Sxemdə yaşlı və əlilliyi olan amerikalıların oğurlanmış məlumatlarından istifadə edildiyi qeyd olunur. Bəzi şəxslər onların adından tibbi avadanlıq alınması ilə bağlı saxta sənədlər hazırlandığını sonradan öyrəniblər.
Quqava 2025-ci ilin iyulunda ABŞ-ni tərk edib. Təqsiri sübuta yetirilərsə, onu 20 ilədək həbs cəzası gözləyir.
Tətbiqimizi yükləyə bilərsiniz