3 gün 3 gecə toy etdilər, özbək gəlin evdən qaçdı – 5 milyonluq qızıl isə yoxa çıxıb


Türkiyənin Muğla vilayətinin Milas rayonunda üç gün üç gecə davam edən toyun ardından qeyri-adi hadisə baş verib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni evlənən cütlüyün toyundan sonrakı səhər gəlinin evdə olmadığı məlum olub. Daha sonra bəyin ailəsi toy zamanı taxılan qızıl və digər zinət əşyalarının da yoxa çıxdığını müəyyən edib.
Hadisə ilə bağlı polisə müraciət edən ailə təxminən 5 milyon türk lirəsi dəyərində qızıl-zinət əşyalarının itdiyini bildirib.
Polisin araşdırması nəticəsində Özbəkistan vətəndaşı olan gəlinin yeri müəyyən edilərək saxlanılıb. Onun ilk ifadəsində ittihamları qəbul etmədiyi və qızılları götürmədiyini bildirdiyi qeyd olunur.
Şübhəlinin saxlanıldığı evdə aparılan axtarış zamanı isə itkin düşən zinət əşyaları aşkarlanmayıb.
Hazırda polis qızılların harada olduğunu müəyyənləşdirməyə və hadisədə başqa şəxslərin iştirak edib-etmədiyini araşdırmağa çalışır.

DİGƏR XƏBƏRLƏR

Top