“ABŞ İrana 1 dollar iqtisadi zərər vurmaq üçün özü bir neçə dollar xərc çəkir”


İranın iqtisadi blokadasının ABŞ üçün Tehranın özünə vurduğu zərərdən daha böyük itkilərə səbəb ola biləcəyi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü, briqada generalı Hüseyn Mohebi “Mehr”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ İrana 1 dollar iqtisadi zərər vurmaq üçün özü bir neçə dollar xərc çəkməli və nəticədə əlavə itkilərlə üzləşə bilər.
Mohebi ABŞ-nin hərbi təzyiqlərinin də İranı geri çəkilməyə məcbur etmədiyini deyib. O bildirib ki, Vaşinqton təyyarədaşıyan gəmilər və digər hərbi qüvvələrin bölgədə yerləşdirilməsi ilə Tehrana təzyiq göstərməyə çalışsa da, bu yanaşma gözlənilən nəticəni verməyib.
İİKK sözçüsü ABŞ-nin yüksək dövlət borcunun və Çinlə davam edən iqtisadi qarşıdurmanın Vaşinqtonun İrana qarşı uzunmüddətli iqtisadi təzyiq imkanlarını məhdudlaşdıra biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, regiondakı gərginlik artıq xammal və enerji bazarlarına təsir göstərir, həmçinin bəzi istehsal güclərinin fəaliyyətini dayandırmasına səbəb olur.
Mohebi bildirib ki, iqtisadi təzyiq və blokada sanksiya tətbiq edən tərəf üçün avtomatik olaraq qələbə demək deyil və belə addımlar ABŞ üçün də ciddi iqtisadi xərclər yarada bilər.

DİGƏR XƏBƏRLƏR

Top