Əksər rayonlarda hava şəraiti yağmursuz keçib


Azərbaycanda saat 10:00-a olan faktiki hava açıqlanıb.
Yeniavaz.com
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Daşkəsəndə 4, Kişçay (Şəki), Şirvan, Bərdədə 2, Gədəbəy, Naftalan, Qax, Tərtər, Göygöl, Zərdab, Şəmkir, Goranboy, Şahdağ, Ağdamda 1 mm-dək qeydə alınıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR 37, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti müşahidə olunub.

DİGƏR XƏBƏRLƏR

Top