Hansı ölkələrdə uşaqların sayı daha çoxdur? – Siyahı


Bəzi ölkələrdə əhalinin yarıdan çoxunu 18 yaşadək şəxslər təşkil etdiyi halda, bir sıra ölkələrdə bu göstərici 15 faizdən də aşağıdır.
Yeniavaz.com
xəbər verir ki, BMT-nin Əhali Bölməsinin məlumatlarına görə, Mərkəzi Afrika Respublikası əhalisinin 56,2 faizinin 18 yaşdan aşağı olması ilə dünyada birinci yerdə qərarlaşıb.
Sonrakı yerlərdə Niger (53,3 faiz), Somali (53 faiz), Mali (52,9 faiz) və Çad (52,7 faiz) yer alıb.
İlk 30-luqda 28 Afrika ölkəsinin olması diqqət çəkir. Siyahıda Afrika ölkələrindən başqa yalnız Əfqanıstan və Yəmən ilk 30-luqda qərarlaşıb.
Ən aşağı göstəricilər isə əsasən Şərqi Asiya və Avropada qeydə alınıb. Honq-Konqda əhalinin cəmi 12,6 faizi 18 yaşdan aşağıdır. Bu göstərici ölkələr arasında ən aşağı nəticədir.
Ölkələr arasında Cənubi Koreya 12,9 faizlə sonuncu yerdədir. Yaponiya və Tayvanda bu göstərici 14 faiz, Sinqapurda 14,4 faiz, İtaliyada 14,6 faiz, İspaniyada 15,8 faiz, Yunanıstanda isə 16,1 faiz təşkil edir.
Qeyd edək ki, 236 ölkənin yer aldığı siyahıda Azərbaycan 118-ci yerdə qərarlaşıb. Azərbaycanda 18 yaşadək şəxslər ölkə əhalisinin 25,9 faizini təşkil edib.
Keçmiş SSRİ və qonşu ölkələrdə 18 yaşadək şəxslərin ölkə əhalisindəki payı aşağıdakı kimi olub:
53-cü yer: Tacikistan – 41,7%
63-cü yer: Qırğızıstan – 37,5%
70-ci yer: Özbəkistan – 36,2%
71-ci yer: Türkmənistan – 36,1%
80-ci yer: Qazaxıstan – 34,2%
117-ci yer: İran – 26,3%
118-ci yer: Azərbaycan – 25,9%
123-cü yer: Türkiyə – 25,4%
131-ci yer: Gürcüstan – 24,6%
137-ci yer: Moldova – 23,5%
140-cı yer: Ermənistan – 23%
164-cü yer: Rusiya – 20,6%
176-cı yer: Belarus – 19,4%
187-ci yer: Estoniya – 18,8%
190-cı yer: Latviya – 18,6%
206-cı yer: Litva – 17,6%
212-ci yer: Ukrayna – 17,2%

DİGƏR XƏBƏRLƏR

Top