Daha bir futbolçu “Qarabağ”dan ayrılır


“Qarabağ”da növbəti gözlənilməz ayrılıq yaşanıb.
Yeniavaz.com
“Sportal”a istinadən xəbər verir ki, Mateuş Koxalski Ağdam təmsilçisinin sıralarını tərk edib.
Bildirilir ki, Mateuş artıq “Qarabağ”dan ayrılmaq üçün rəhbərliklə razılıq da əldə edib.
O, karyerasını böyük ehtimalla Polşada davam etdirəcək.
26 yaşlı qolkiperin “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər idi. Koxalski 2024-cü ildən “Qarabağ”ın qapısını qoruyurdu.
Qeyd edək ki, 2026/2027 yay transfer pəncərəsində “Qarabağ”dan ən azı 10 futbolçu rəsmən ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top