
İndoneziyada Anak Krakatau vulkanı püskürüb.
Yeniavaz.com xəbər verir ki, vulkan külünün havaya yayılması səbəbindən Cakartadakı Soekarno-Hatta hava limanında 209 reys dayandırılıb.
“Reuters”in məlumatına görə, kül buludu təxminən 15 kilometr hündürlüyə qalxıb. Uçuşların dayandırılması nəticəsində təxminən 22 800 sərnişin təsirlənib. Hakimiyyət ərazidə məktəb tədbirlərini və balıqçılıq səfərlərini də dayandırıb. Hazırda sunami təhlükəsinin olmadığı bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz