Boston meri müsəlmanlara qoyulan qadağaya qarşı etiraz aksiyalarına qoşulub

ABŞ-ın Boston şəhərinin meri Martin Uolş müsəlmanlara qarşı tətbiq edilən viza qadağasına qarşı keçirilən hava limanı etiraz aksiyalarına qoşulub. "Yeniavaz.com" xəbər verir ki, bu barədə mer öz "tvitter" hesabında yazıb. M.Uolş etiraz aksiyalarını davam etdirmək çağırışı edib.

Hazırda Amerikanın Nyu-York, Vaşinqton, Çikaqo, Dallas, Denver, Los Anceles, San Fransisko, Sietl, Boston şəhərlərindəki hava limanlarında etiraz aksiyaları keçirilir.

Qeyd edək ki, ABŞ prezidenti Tramp 7 müsəlman ölkəsinin vətəndaşlarının Amerikaya girişinin qadağan edilməsi ilə bağlı sərəncam imzalayıb. Nyu-York Federal Məhkəməsi isə həmin qadağanı icrasını müvəqqəti dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top