
İranla ABŞ arasında qarşıdurma son saatlarda yenidən kəskinləşib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Açıqlamaya görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcı və esminesə bir neçə ballistik raket atılıb.
SEPAH raket zərbələri nəticəsində hər iki gəminin zədələndiyini və döyüş bölgəsindən uzaqlaşdığını iddia edib. İran tərəfi gəmilərin İranın dəniz blokadasında iştirak etdiyini və İran gəmilərini təqib etdiyini bildirib.
Lakin ABŞ tərəfi İranın bu iddiasını təsdiqləmir. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, iki ABŞ hərbi gəmisi İranın ballistik raket hücumlarından yayınıb və ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.
Bundan əvvəl isə ABŞ qüvvələri İranın üç neft tankerinə zərbə endirib. ABŞ tərəfi tankerlərin İran İnqilab Keşikçiləri ilə əlaqəli “kölgə şəbəkəsinin” bir hissəsi olduğunu bildirib. İki tanker sıradan çıxarılıb, üçüncü tanker isə məhv edilib.
Son hadisələr Hörmüz boğazında gərginliyin daha da artmasına səbəb olub. Tərəflərin qarşılıqlı zərbələri regionda neft daşımaları ilə bağlı narahatlığı da artırır.
Tətbiqimizi yükləyə bilərsiniz