İş axtaranlar diqqət: 90-dan çox vakansiya – tarix və ünvan açıqlandı


Dövlət Məşğulluq Agentliyi tərəfindən Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, yarmarka 8 sentyabr saat 11:30-da Kəlbəcər rayonunun Mərkəzi meydanında təşkil olunacaq.
Tədbirdə mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, növbətçi elektrik montyoru, qaynaqçı, yanacaq maşını sürücüsü, çilingər, qənnadıçı, satıcı, aşpaz və digər peşə istiqamətləri üzrə 90-dan çox vakansiya təqdim ediləcək.
Əmək yarmarkasında müxtəlif sahələr üzrə iş imkanları ilə yanaşı, məşğulluqla bağlı digər xidmətlər barədə də məlumat əldə etmək mümkün olacaq.
İş axtaran şəxslərin yarmarkada iştirak etmələri və mövcud vakansiyalarla yerindəcə tanış olmaları mümkündür.

DİGƏR XƏBƏRLƏR

Top