
Qadınlar arasında basketbol üzrə dünya çempionatında sensasiyalı nəticə qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, Berlin şəhərində keçirilən qarşılaşmada Mali millisi İspaniyanı 82:73 hesabı ilə məğlub edib.
Bu, Malinin dünya çempionatı tarixində cəmi ikinci qələbəsidir.
Mali xüsusilə ikinci hissədə üstün oyun nümayiş etdirib. Komandanın liderlərindən Sika Kone 19 xal və 10 ribaund toplayaraq qələbədə əsas rol oynayıb.
İspaniya isə bundan əvvəl Almaniyanı 83:53 hesabı ilə məğlub etmişdi. Mali üzərindəki məğlubiyyətdən sonra qrupda bütün komandaların hesabı 1 qələbə və 1 məğlubiyyət olub və növbəti oyunlar qrupdakı vəziyyəti müəyyənləşdirəcək.
Tətbiqimizi yükləyə bilərsiniz