
ABŞ Prezidenti Donald Tramp 2026-cı il FIFA Dünya Kubokunun 18 milyard dollardan gəlir gətirdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
Amerika lideri əlavə edib ki, yarış 160 min insan üçün iş yeri təmin edib.
“Təkcə Dünya Kuboku iqtisadiyyatımıza 18 milyard dollardan çox gəlir gətirdi və 160 mindən çox insan üçün iş yeri təmin edib”, - siyasətçi bildirib.
Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçirilib. İlk dəfə olaraq yarışda 48 komanda iştirak edib.
ABŞ-də oyunlar 11 şəhərdə keçirilib. İspaniya turnirin qalibi olub. Argentina ikinci yeri, İngiltərə isə üçüncü yeri tutub.
Digər tərəfdən, 2026-cı il Dünya Kuboku oyunlarını 7 milyon tamaşaçı canlı izləyib və bu rəqəm bütün dövlər üçün rekord kimi tarixə düşüb.
FİFA-nın turnirə ev sahibliyi etməkdən əldə etdiyi ümumi gəlir isə rekord həddə - 15 milyard dollara çatıb.
Növbəti Dünya Kubokunun İspaniya, Portuqaliya və Mərakeşdə keçirilməsi planlaşdırılır. Turnirin 2030-cu ilin iyun ayında başlaması nəzərdə tutulur.
Tətbiqimizi yükləyə bilərsiniz