
Şimali Kiprin Girne sahillərində batan gəmidə ölənlərin sayı 13-ə çatıb.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel məlumat yayıb.
Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları nəticəsində batan gəmidə itkin düşənlərdən daha birinin meyiti tapılıb.
Bununla da ölənlərin sayı 13-ə çatıb, itkin düşənlərin sayı isə 15-ə düşüb.
Hazırda itkin düşən 15 nəfərin axtarışı davam edir.
Batmış gəminin qalıqlarının Girne sahillərindən 554 metr dərinlikdə olduğu bildirilir.
Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərindən 2,5 km məsafədə 267 nəfəri daşıyan gəmi batıb.
İstintaq çərçivəsində “Filo Jet” gəmisinin kapitanı da daxil olmaqla 14 nəfər saxlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz