
Avqust ayında dünyanın ən çox bahalaşan məhsulu kakao olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ICE Futures, CME Group və Şanxay Metal birjalarının hesabatlarında öz əksini tapıb.
Birja məlumatlarına görə, kakaonun qiyməti aylıq müqayisədə 28,22% artıb. Şəkər (+19,87%) və buğda (+17,11%) qiymətlərində də əhəmiyyətli dərəcədə artım müşahidə olunub.
Ərzaq məhsulları arasında ən böyük ucuzlaşma portağal şirəsi (-6,42%), qəhvə (-3,97%) və çayda (-3,94%) müşahidə olunub.
Hesabatda göstərilir ki, avqust ayında ən çox ucuzlaşan məhsul kobalt hidroksidi olub və onun qiyməti 16,75% ucuzlaşıb.
Dünya Bankının 5 avqust tarixində açıqladığı məlumatlara görə, əsas qəhvə növləri olan arabika və robusta üçün birja qiymətləri iyul ayında yanvar ayından bəri ən yüksək səviyyəyə yüksəlib.
Qlobal bazarda robusta qəhvəsinin qiyməti iyun ayı ilə müqayisədə 9,1% artaraq, kiloqramı 4,07 dollara (təxminən 7 manat) çatıb.
Digər tərəfdən, arabika qəhvəsi kiloqramı 7,91 dollara (təxminən 14 manat) satılıb ki, bu da yayın ilk ayı ilə müqayisədə 16,5% artım deməkdir.
Tətbiqimizi yükləyə bilərsiniz