Acunun baş məşqçisi “Hall Siti” ilə müqaviləsini uzatdı – Rəsmi


İngiltərənin Premyer Liqasında mübarizə aparan türkiyəli iş adamı Acun İlıcalının “Hall Siti” klubu baş məşqçisi Sergey Yakiroviçlə müqaviləsini uzadıb.
Yeniavaz.com
xəbər verir ki, klub bu barədə rəsmi saytında məlumat yayıb.
Baş məşqçinin “Pələnglər”lə yeni müqaviləsi 2028-ci ilin yayına qədərdir və daha bir mövsüm üçün uzatmaq imkanı mövcuddur.
Qeyd edək ki, bosniya-hersoqovinalı mütəxəssis komandanı 2025-ci ilin yayında təhvil alıb və onun rəhbərliyi altında “Hall Siti” ötən mövsüm İngiltərə Premyer Liqasına yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top