
ABŞ dövlət sektorunda işə qəbul üçün müsahibələrdə süni intellektdən istifadə etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Telekanalın mənbələri bildiriblər ki, bu üsul texnologiya sektoru mütəxəssislərini iki illik müddətə hökumətdə işə götürmək üçün başlanan “Texnologiya Qüvvələri” təşəbbüsünün bir hissəsi olaraq sınaqdan keçiriləcək.
Yeni üsulu sınaqdan keçirmək qərarı ABŞ Kadr İdarəetmə Ofisinin yeni rəhbərliyindən sonra qəbul edilib. Ofis dövlət qurumlarını işə qəbul prosesində süni intellektdən daha fəal istifadə etməyə çağırıb. Ofis buna səbəb olaraq federal işə qəbul prosesinin ənənəvi olaraq uzun proses hesab olunduğunu əsas gətirib. Ofis həmçinin, xüsusilə, vacib kadr qərarları qəbul edərkən insan nəzarətinin saxlanılacağını əlavə edib.
Telekanalın mənbələrindən birinin məlumatına görə, namizədləri qiymətləndirmək üçün “CodeSignal” platformasından istifadə olunacaq.
Digər tərəfdən, bütün federal qurumlar namizəd seçimində süni intellektdən dərhal istifadə etməyə başlamayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz