
Nepalın şimalında Çinlə sərhəddə baş verən güclü daşqınlar nəticəsindıə ölənlərin sayı 1344 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nepal polisinə istinadla “The Kathmandu Post” qəzeti məlumat yayıb.
Məlumata görə, 600-ə yaxın məktəbli və 20-dən müəllim də daxil olmaqla, təxminən 5000 nəfər itkin düşüb.
Ölənlərdən 500-dən çoxunun adı hələ də məlum deyil.
Fəlakətə Çinlə sərhəddə, Rasuvaqadxi sərhəd keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə baş verən qar uçqunu səbəb olub. Qaya axını çay yatağı boyunca yüksək sürətlə 70 kilometrdən çox məsafə qət edərək, yaşayış məntəqələrini su altında qoyub.
“The Kathmandu Post” qəzetinin məlumatına görə, fəlakət 12 məktəbi tamamilə dağıdıb, daha 10 məktəbə ciddi ziyan dəyib.
Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi İdarəsinin rəhbəri Dharma Rac Upreti daşqınların vurduğu ziyanı 2,56 milyard dollar olaraq qiymətləndirib. Buraya dağılmış əmlak, mənzil və infrastruktur daxildir. O, növbəti dörd ay ərzində bərpa işlərinin təxminən 52,6 milyon dollar tələb edəcəyini təxmin edib.
Digər tərəfdən, Nepal hökuməti qurbanların xatirəsinə 7 sentyabrı milli matəm günü elan edib. Bu gün Nepaldakı dövlət idarələrində, eləcə də xaricdəki diplomatik nümayəndəliklərdə və səfirliklərdə dövlət bayraqları yarıya endiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz