Sevgilisi ilə birgə ölən şəxs direktor imiş

Bu gecə Xaçmaz rayonunun Qarabağlı kəndində 2 nəfərin ölümü ilə nəticələnən faciəvi hadisənin təfərrüatı məlum olub.

Kənd ərazisində yerləşən evdə meyiti tapılan 49 yaşlı Namiq Tağıyev və 41 yaşlı Xalidə Mustafayeva iş yoldaşı olub. Dünən onların telefon zənglərinə cavab vermədiyini görən yaxınları evə gələndə dəhşətli mənzərə ilə qarşılaşıblar.

Bildirilir ki, N.Tağıyev Bakıda müxtəlif sahələrdə çalışıb. O, bir neçə il əvvəl "Oskar" mətbəəsini yaradıb və bu mətbəənin direktoru olub. Məlum hadisədə N.Tağıyevlə birgə həyatını itirən Xalidə Mustafayeva da həmin mətbəədə çalışıb. Bir neçə gün əvvəl isə N.Tağıyev Xalidə ilə birgə özünə məxsus avtomobillə Xaçmaza gedib. Onlar Xaçmazda N.Tağıyevə məxsus olan və Qarabağlı kəndində yerləşən evdə qalıblar və qaz sobasının otağa dolduruğu qazdan boğularaq vəfat ediblər.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, N.Tağıyev evli, X.Mustafayeva isə subay olub. lent.az

DİGƏR XƏBƏRLƏR

Top