“X-Men” aktyoru klub alır


“X-Men” filmlərindəki ”Loqan” rolu ilə tanınan Hollivud aktyoru Hyu Cekman İngiltərənin “Norviç Siti” futbol klubunun səhmlərini almaq üçün danışıqlar apardığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Talksport”a müsahibəsində qeyd edib.
Aktyor komandanın uzun müddətdir azarkeşi olduğunu və potensial müqavilədə maraqli olduğunu bildirib.
Aktyor bir neçə dəfə “Norviç Siti”nin “Kerrou Roud” stadionu getdiyini və klubun İngiltərənin yüksək liqasına qayıdacağına ümid etdiyini bildirib.
“X-Men” ulduzu Rekshem şəhərini qlobal brendə çevirən yaxın dostu Rayan Reynoldsun yolunu davam etdirmək niyyətində olduğunu əlavə edib.
Qeyd edək ki, “Norviç Siti” hazırda “Çempionşip”də oynayır və turnirdəki yerini qorumaq üçün mübarizə aparır.
Xatırladaq ki, hazırda amerikalı iş adamı Mark Attanasionun ”Norfolk FB Holdings” şirkəti “Norviç Siti”nin 85,2%-nə nəzarət edir. Klubun 10%-i isə Deli Smit və Maykl Uinn-Consa məxsusdur.
Cekmanın payının həcmi, eləcə də potensial sövdələşmə qiyməti hələ açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top