“Sabah” “Barselona”nı bu stadionda qəbul edəcək


“Sabah” klubu UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün liqa mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında öz əksini tapıb.
Azərbaycan çempionu Bakıda İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, Çexiyanın “Slaviya Praqa” və İtaliyanın “Napoli” komandalarını qəbul edəcək.
“Sabah”ın ev oyunlarının təqvimi belə olacaq:
13 oktyabr, 20:45. “Sabah” –“Slaviya” (Çexiya)
20 oktyabr, 20:45. “Sabah” – “Borussiya” (Dortmund, Almaniya)
25 noyabr, 21:45. “Sabah” – “Barselona” (İspaniya)
20 yanvar, 21:45. “Sabah” – “Napoli” (İtaliya)

Qeyd edək ki, “Sabah” Liqa mərhələsində digər 4 görüşünü səfərdə keçirəcək. Komanda “Mançester Yunayted” (İngiltərə) ilə sentyabrın 10-da, “Vikinq” (Norveç) ilə noyabrın 4-də, “Vilyarreal” (İspaniya) ilə dekabrın 8-də, “Arsenal” (İngiltərə) ilə isə yanvarın 27-də qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top