
Ukrayna 5-8 sentyabr tarixləri arasında təmas xətti boyunca üç günlük atəşkəs elan edib.
Yeniavaz.com xəbər verir ki, bu haqda Ali Radanın deputatı Aleksey Qonçarenko “Telegram” kanalında məlumat verib.
Məlumata görə, üç günlük atəşkəs 5 sentyabr saat 00:00-da başlayacaq və 8 sentyabr saat 23:59-a qədər davam edəcək.
Onun sözlərinə görə, atəşkəs quru, hava və dəniz də daxil olmaqla bütün cəbhələri əhatə edəcək.
Bu addımın ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə səfərləri ilə əlaqəli olduöu bildirilir.
Qeyd edək ki, Uitkoff və Kuşnerin Rusiya və Ukrayna paytaxtlarına səfər edəcəkləri gözlənilir. Onlar əvvəlcə Moskvaya, daja sonra Kiyevə səfər edəcəklər. Səfərlərin sentyabrın 5-i və 6-da baş tutacağı gözlənilir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Uitkoff və Kuşnerin Moskvaya Ukraynadakı münaqişəyə son qoymaq təklifi aparacaqlarını bildirmişdi. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə münaqişənin həlli ilə bağlı danışıqların yaxın gələcəkdə intensivləşəcəyini, həmçinin ABŞ-nin iştirakı olmadan razılaşmaya nail olmağın qeyri-real olduğunu qeyd etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz