
PSJ baş məşqçisi Luis Enrike ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub sosial şəbəkə səhifəsində məlumat verib.
Qeyd edək ki, ispaniyalı mütəxəssis 2023-cü ilin yayından bəri Paris klubuna rəhbərlik edir. Bu müddət ərzində Enrikenin rəhbərliyi altında PSJ iki dəfə Çempionlar Liqasını (2024/2025 mövsümü, 2025/2026 mövsümü) və UEFA Super Kubokunu qazanıb, üç dəfə Fransa çempionu olub (2023/2024 mövsümü, 2024/2025 mövsümü, 2025/2026 mövsümü) və Fransa Super Kubokunu qazanıb.
PSJ həmçinin iki dəfə Fransa Kubokuna (2023/2024 mövsümü, 2024/2025 mövsümü) sahib olub.
Xatırladaq ki, Enrikenin PSJ ilə əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər idi.
Tətbiqimizi yükləyə bilərsiniz