
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner Ukraynadakı münaqişəyə son qoymaq üçün Moskvaya təklif irəli sürəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evin “YouTube” yayımında bildirib.
Amerika lideri detalları açıqlamadan ABŞ-nin Ukraynada sülhlə bağlı ideyasının olduğunu qeyd edib.
Uitkoff və Kuşnerin münaqişənin nizamlanması ilə bağlı yeni təklif irəli sürüb-sürməyəcəyi ilə bağlı suala Tramp “yox” cavabını verib.
“Xeyr, onlar müharibəyə son qoymaq üçün təklif irəli sürəcəklər”, - Tramp qeyd edib.
Qeyd edək ki, sentyabrın 4-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin yaxın günlərdə Rusiya və Ukrayna paytaxtlarına səfər etmək niyyətində olduqları açıqlanıb. Onlar əvvəlcə Moskvaya, ardınca isə Kiyevə səfər edəcəklər. Səfərlərin 5 və 6 sentyabr tarixlərində baş tutacağı gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz