Böyük Britaniyada Lordlar Palatası buraxıla bilər


Sağçı populist “Reform UK” partiyasının qanunvericilik təşəbbüslərinin qəbul edilməsinə mane olarsa, Böyük Britaniyada Parlamentin Lordlar Palatasının (parlamentin yuxarı palata) buraxılması ilə bağlı referendum referendum keçirilə bilər.
Yeniavaz.com
“Sky News” telekanalına istinadla xəbər verir ki, bu barədə partiya lideri Naycel Faraj bildirib.
“Reform UK” partiyasının konfransında çıxış edən siyasətçi bildirib ki, əgər növbəti ümumi seçkilərdə qalib gələrsə, hakimiyyətdə olduğu ilk 100 gün ərzində partiyanın platformasını qanuniləşdirmək üçün milli fövqəladə vəziyyət elan etməyə və İcmalar Palatasında (parlamentin aşağı palatası) istirahət günlərini ləğv etməyə hazırdır.
“Lazım gələrsə, Parlament lazımi qanunvericiliyi qəbul edənə qədər həftənin altı günü, günün 24 saatı işləyəcək”, - Faraj qeyd edib.
O həmçinin qeyd edib ki, Lordlar Palatasının buna hörmətlə yanaşacağını gözləyir.
Amma əgər belə olmasa, onda biz Lordlar Palatasında çoxluğa sahib olmaq üçün yüzlərlə yeni həmkar təyin edəcəyik. Əgər bu, çətin olarsa, Lordlar Palatasının hazırkı tərkibi ilə bağlı referendum keçirəcəyik və onlar Britaniya cəmiyyəti tərəfindən kənarlaşdırılacaqlar”, - Faraj bildirib.
Faraj həmçinin, bildirib ki, Böyük Britaniyanın Baş naziri Endi Börnem siyasi islahatların həyata keçirilməsi üçün 10 il tələb edib, lakin “Reform UK” komandası vəzifəsinin ilk 100 günü ərzində konkret nəticələr təqdim etməyə hazır olacaq.
O, vəzifəsini yerinə yetirməyən bütün nazirləri dərhal vəzifədən azad edəcəyinə söz verib.

DİGƏR XƏBƏRLƏR

Top