
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisində istintaq hərəkətləri həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko “Telegram” kanalında məlumat verib.
“NABU Zelenskinin ofisində istintaq hərəkətləri həyata keçirir”, - o bildirib.
Ukraynalı parlamentari başqa heç bir təfərrüat açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl NABU-nun Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) ilə birlikdə Baş Prokurorluğun vəzifəli şəxsinin rəhbərlik etdiyi cinayətkar şəbəkəni ifşa etmək üçün xüsusi əməliyyat keçirdiyini bildirmişdi. Bu şəbəkənin dələduz zəng mərkəzlərinə (kol-sentr) qəyyumluq etməkdə və əmlakı leqallaşdırmaqda iştirak etdiyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz