
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin 6 sentyabr - bazar günü Kiyevə səfər edəcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə rəsmi “Telegram” kanalında dərc etdiyi videomesajında bildirib.
“Amerika nümayəndələrinin yaxın günlərdə Ukrayna və Rusiyada olacağı gün artıq dəqiq müəyyən edilib. Bu gün Stiv Uitkoff və Cared Kuşnerin 6 sentyabr - bazar günü Moskva və Kiyevə səfər edəcəklərini müzakirə etdik”, - Zelenski qeyd edib.
O, həmçinin Ukraynanın geniş diplomatik qrupla bu səfərə hazırlaşdığını əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz