Dünyada milyarderlərin sayı rekord həddə çatdı – 3795 nəfər


Dünya üzrə dollar milyarderlərinin sayı rekord həddə – 3795 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Altrata” analitik şirkətinin hesabatında öz əksini yayıb.
Məlumata görə, 2025-ci ildə dollar milyarderlərinin sayı 8,2% artıb ki, bu da son beş ildə ən yüksək artım olub.
Hesabatda həmçinin, bunun dünyada rifahın artmasına töhfə verən süni intellekt bumu ilə bağlı olduğu bildirilib.
Milyarderlərin ümumi sərvəti də 12,8% artımla rekord həddə - 15,1 trilyon dollara çatıb.
Dünyada xalis sərvəti 50 milyard dolları keçən 29 ultra-varlı şəxs var və onların ümumi sərvəti təxminən 4,1 trilyon dollardır. Bu, milyarderlərin ümumi xalis sərvətinin 27%-ni təşkil edir.
Müqayisə üçün deyək ki, 2017-ci ildə cəmi 10 belə şəxs var idi ki, bu da ümumi sərvətin yalnız 7,2%-ni təşkil edirdi.
Regionlara görə, Şimali Amerikada milyarderlərin sayı 11,6% artaraq, 1337 nəfərə çatıb ki, bu da bütün regionlar arasında ən sürətli artım tempidir.
Avropada milyarderlərin sayı 7,9% artaraq 1081 nəfərə, Asiyada isə 6,5% artaraq 881 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top