İran müharibə ərzində 370 təyyarə və PUA-nı məhv etdiyini açıqladı


İran Hava Hücumundan Müdafiə Qüvvələri 30 martdan bəri ABŞ və İsrailə məxsus 370 təyyarə və pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.
Yeniavaz.com
İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Hava Hücumundan Müdafiə Qüvvələrinin koordinator müavini, briqada generalı Məhəmməd Sadiqiyan bildirib.
“Bu da onlar üçün gözlənilməz bir hadisə idi, çünki onlar müharibənin ilk günündə İranın bütün hava hücumundan müdafiə radarlarını kütləvi hücumla məhv etdiklərini düşünürdülər”, - briqada generalı qeyd edib.
Sadiqiyan əlavə edib ki, son iki gün ərzində Fars körfəzi sularında Amerikanın MQ-9 strateji pilotsuz uçuş aparatı vurulub.

DİGƏR XƏBƏRLƏR

Top