Britaniyalı həkimlər hamilə qadınlara münasibətdə “gələcək ana” terminini işlətməkdən imtina etmək tövsiyəsi alıblar. “Yeniavaz.com”un Rusiyanın NTV telekanalına istinadən verdiyi məlumata görə, həkimlərə bundan sonra “hamilə insanlar” sözündən istifadə etmək məsləhət görülüb. Tibb işçiləri üçün təlimat Britaniya Tibb Assosiasiyasının hazırladığı “Effektiv kommunikasiyalar üzrə dərslik” adlı sənəddə yer alır. Həkimlərə “ana” sözünün transgenderləri təhqir edə biləcəyindən ehtiyatlanaraq işlətməmək məsləhət görülüb. Bu təşəbbüs həm həkimlər, həm də siyasətçilər arasında anlaşmazlığa səbəb olub. Britaniyalı mühafizəkar deputat Filip Devis təşəbbüsü tamamilə cəfəng adlandırıb və sualla müraciət edib: “Dünya hara gedir?”