Ərzaq qiymətləri dünya üzrə ən yüksək həddə çatdı


Avqust ayında qlobal ərzaq qiymətləri 2022-ci ilin sonlarından bəri ən yüksək səviyyəyə yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına istinadla məlumat verib.
Məlumata görə, bu dinamikanın səbəbləri artan geosiyasi gərginlik və ekstremal hava şəraiti olub. Təşkilatın hesabatına görə, ərzaq qiymətləri indeksi iyul ayı ilə müqayisədə 1,9%, ötən ilin avqust ayı ilə müqayisədə isə 2,5% artaraq orta hesabla 133,3 bal təşkil edib.
Ən böyük qiymət artımları buğda (+2,6%), şəkər (+11,9%) və qarğıdalı (+2,5%) üzrə olub.
Bütün dənli bitkilər ümumilikdə 2,2% artıb.
Bundan əlavə, Avropada isti dalğalarının səbəb olduğu zəif məhsulun idxaldan asılılığın artmasına səbəb olacağı və potensial olaraq təchizat uğrunda rəqabəti daha da artıracağı qeyd olunur.
Belə ki, hava ilə bağlı risklərin yaxın vaxtda azalma ehtimalı azdır. Bu da qlobal ərzaq bazarlarının başqa bir inflyasiya şokuna qarşı həssas qalacağı deməkdir.
 

DİGƏR XƏBƏRLƏR

Top