“Bu il 13 ali təhsil müəssisəsində plan yerləri 100% dolub” – Məleykə Abbaszadə

 
“Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb. Beləliklə, 2026-2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas mərhələləri başa çatıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial şəbəkə səhifəsində dərc etdiyi paylaşımda qeyd edib.
O bildirib ki, yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97,71%-i dolub, cəmi 1393 plan yeri – təxminən 2%-i boş qalıb.
“İndi isə gəlin nəticələrə ayrı-ayrı ixtisas qrupları üzrə baxaq.
I ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 97.34%-i dolub və 528 yer boş qalıb.
II ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 98.87%-i dolub və 180 yer boş qalıb.
III ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra plan yerlərinin 99,87%-i dolub və cəmi 20 yer boş qalıb. Boş qalan yerlərin müsabiqəsində iştirak etmək üçün tələb olunan qəbul balı 600 və daha yüksək idi. İlk yerləşdirmə mərhələsində bu baldan çox nəticə göstərən abituriyentlər artıq ali təhsil müəssisələrinə qəbul olunduğu və həmin yerləri seçə biləcək əlavə abituriyentlər olmadığından bu yerlər müsabiqəyə çıxarılmayıb və boş qalıb.
IV ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 92.38%-i dolub və 383 yer boş qalıb.
V ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 93.84%-i dolub və 282 yer boş qalıb. Nəzərə almaq lazımdır ki, bu qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız müvafiq qabiliyyət imtahanının şərtlərini ödəyən abituriyentlər iştirak edə bilirlər”, - deyə o qeyd edib.
“Tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri 100%, 4-də plan 99%, 4-də isə 98% dolub. Ümumilikdə 34 ali təhsil müəssisəsində dolma göstəricisi 95%-dən yüksəkdir”, - DİM sədri əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top