Tsarukyanın həbs müddəti uzadıldı


Ermənistan məhkəməsi “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanın həbs müddətini iki ay uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun vəkili Yerem Sarkisyan bildirib.
Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini qeyd edib.
İş adamı xüsusilə külli miqdarda fırıldaqçılıq və çirkli pulların yuyulmasına kömək etməkdə və onlara himayəçilik etməkdə ittiham olunur.
Qeyd edək ki, Qaqik Tsarukyan bu ilin iyulunda həbs edilib. Hüquq-mühafizə orqanları onun şəxsi iqamətgahında, eləcə də onunla və ailəsi ilə bağlı bir sıra şirkətlərdə axtarışlar aparıb. Tsarukyana qarşı “külli miqdarda dələduzluq” və “çirkli pulların yuyulması” ittihamları irəli sürülüb. Daha sonra ora “külli miqdarda vergidən yayınma” ittihamları əlavə edilib. Həmçinin məhkəmə tərəfindən onun ölkədən çıxışına qadağa qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top