ABŞ “EgyptAir” aviaşirkətinə müraciət etdi: onları təyyarəyə buraxmayın

ABŞ Misirin “EgyptAir” aviaşirkətinə Amerika miqrasiya vizaları olan 7 müsəlman ölkələrinin sərnişinlərini şirkətin reyslərinə buraxmamaq xahişi ilə müraciət edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu “EgyptAir” aviaşirkətinin nümayəndəsi deyib. Onun sözlərinə görə, şirkət bu məsələ ilə bağlı rəsmi sorğu alıb. Şirkət nümayəndəsi, həmçinin bildirib ki, ötən gün Qahirədən Nyu-Yorka uçan təyyarənin göyərtəsinə İraqın 5 vətəndaşı və 1 yəmənli buraxılmayıb: “Bu 6 sərnişin Qahirəyə gəldikləri ölkələrə yola salınıb”. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp miqrasiya siyasətinin sərtləşdirilməsinə dair bir neçə sənəd imxalayıb. Onlardan biri 7 müsəlman ölkəsindən – İran, İraq, Yəmən, Liviya, Suriya, Somali, Sudan - olan qaçqınların ABŞ-da yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tutur. Ancaq Nyu-York Federal Məhkəməsi prezidentin imzaladığı həmin sənədin icrasını dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top