Qatar relslərin üzərinə çıxan yük maşınını parça-parça etdi – Video


Sentyabrın 3-də Polşanın Qdansk şəhərində sərnişin qatarı dəmiryol keçidində yük maşını ilə toqquşub.
Yeniavaz.com
ölkə mətbuatına istinadla xəbər verir ki, sürücü aşağı salınmış baryeri yararaq birbaşa keçmək əvəzinə geri hərəkət edib və manevr etməyə çalışıb.
Lakin yük maşını relslərin üzərindən çıxa bilməyib və qatarla toqquşub.
Bildirilir ki, qəza nəticəsində yük maşınının sürücüsü, o cümlədən qatarda olan bir neçə sərnişin xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top