
Xəbər verdiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılacağı barədə məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sözzügedən məsələ ilə bağlı sürücülərə xəbərdarlıq edib.
“Qeyd olunan ərazidə aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq və həmin müddət ərzində DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar tənzimləmə işləri həyata keçiriləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilmiş qaydalara riayət etməyə çağırır”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz