MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb – Son qiymətlər


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Lənkəran, Şirvan və Yevlax rayonlarında inşa olunan yaşayış binalarında yerləşən mənzillərin güzəştlə satışını elan edib.
Yeniavaz.com
xəbər verir ki, satışa çıxarılan ən bahalı mənzil Lənkəranda yerləşir.
Qeyd edək ki, Lənkəran Yaşayış Kompleksində yerləşən 4 otaqlı mənzilin qiyməti 108 min 870 manatdır. Bu yaşayış kompleksində satışa çıxarılan mənzilin 1 kvadratmetrinin satış qiyməti 950 manat təşkil edir.
Bundan başqa Şirvan Yaşayış Kompleksində yerləşən 2 otaqlı mənzil 54 815 manat, 3 otaqlı mənzil 69 160 manat, 4 otaqlı mənzil  93 765 manata bərabərdir. Yevlax Yaşayış Kompleksində isə 2 otaqlı mənzil 62 035 manat, 3 otaqlı mənzil 73 910 manat, 4 otaqlı mənzil 103 740 manatdan təşkil edilir.
Onu da bildirək ki, hər 3 rayonda yerləşən bütün mənzillərin 1 kvadratmetrinin satış qiyməti 950 manat təşkil edir.
Məlumat üçün bildirək ki, MİDA cəmi 8 ay əvvəl – 2025-ci ilin dekabr ayında Lənkəran Yaşayış Kompleksində yerləşən 4 otaqlı mənzili 84 min 150 manata (1 kv. metr 734 manat), Yevlax Yaşayış Kompleksində yerləşən 2 otaqlı mənzil 55 min 575 manata (1 kv. metr 851 manat) satışa çıxarıb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, MİDA-nın Lənkərandakı mənzillərinin qiyməti son 8 ayda 29,4%, Yevlaxdakı məzilləri isə 11,6% artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top