Daşqından 9 gün sonra tuneldən sağ çıxarıldı – Video


Nepalda baş verən dağıdıcı daşqınlardan doqquz gün sonra xilasedicilər su elektrik stansiyasındakı su basmış tuneldən bir kişini sağ çıxarıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə əməliyyatında iştirak edən millət vəkili Şri Ram Neupane xilas edilən kişinin adının Sanjay Sah olduğunu bildirib.
Millət vəkilinin sözlərinə görə, xilasedicilər Trişuli Su Elektrik Stansiyası tunelində başqa insanların da olduğu barədə məlumat alıblar və onların axtarışı davam edir.
“Reuters” agentliyi ölkənin energetika nazirliyinə istinadən eyni tuneldən daha bir nəfərin xilas edildiyini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top