
“Biləsuvar” gömrük postunda külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Yeniavaz.com DGK-nın yaydığı məlumata istinadla xəbər verir ki, Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə soğan” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
“Yoxlama zamanı üzərinə yük yığılan taxta paletlərin alt hissəsində kustar üsulla düzəldilən saxlanc yerində gömrük nəzarətindən gizlədilən 80 bağlamada xalis təmiz çəkisi 25 kiloqram 570 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz