
Sumqayıtda minik avtomobili şəhid abidəsinə çırpılıb.
Yeniavaz.com xəbər verir ki, hadisə yerindən çəkilmiş kadrlar sosial mediada yayılıb.
Bildirilir ki, hadisə 6-cı mikrorayonda, sentyabrın 3-ü axşam saatlarında baş verib.
Belə ki, “Chevrolet Cobalt” markalı minik avtomobili şəhid abidəsinə çırpılıb, nəticədə həm nəqliyyat vasitəsinə, həm də tikiliyə zərər dəyib.
Xəsarət alan olmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz