Xırdalanın mərkəzində güclü yanğın – Video


Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bir-birinə bitişik yerləşən ümumi sahəsi 800 kv.m. olan ikimərtəbəli müxtəlif təyinatlı obyektlərdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 240 kv.m. olan restoranın ikinci mərtəbəsində mətbəxin və dam örtüyünün yanar konstruksiyaları 65 kv.m. sahədə və ümumi sahəsi 72 kv.m. olan çay evi və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Xəsarət alan olmayıb.
Restoranın qalan hissəsi və bitişik yerləşən obyektlər yanğından mühafizə olunub”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top