Rusiyanın müdafiə nazirinin müavini Gümrünü Rusiya sərhədlərinə daxil etdi

Rusiya Ermənisanı Cənubi Qafqazda müttəfiqi və həlledici tərəfdaşı kimi nəzərdən keçirir. “Yeniavaz.com”un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Yerevanda səfərdə olan Rusiyanın müdafiə nazirinin müavini Ruslan Tsalikov deyib. Onun sözlərinə görə, iki ölkənin hərbi qurumları arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi əməkdaşlığın cari tapşırıqlarını operativ həll etməyə və regionda baş verən dəyişikliklərə vaxtında reaksiya verməyə imkan verir. Nazir müavini qeyd edib ki, Ermənistanda Rusiyanın 102-ci hərbi bazası uğurla fəaliyyət göstərir və o, regional təhlükəsizliyin qarantıdır: “İki yüz ilə yaxındır ki, Gümrüdəki baza şərq istiqamətində ilk sərhəddir. Buna görə də hissəyə qarşı sərt tələblər var”.

DİGƏR XƏBƏRLƏR

Top