“Əsas məqsədimiz İranda rejimi dəyişməkdir” – Netanyahu


İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin xarici siyasətdə əsas məqsədinin İranda rejimin dəyişdirilməsi olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.
Netanyahu bunun yaxın gələcəkdə mümkün olacağına inandığını qeyd edib.
“Mən bizim bu təhlükəni birdəfəlik aradan qaldırmaq, yəni, bu rejimi devirmək qabiliyyətimizə əminəm. Bu, hələ qarşımızda duran əsas məqsəddir, lakin bunun baş verməsi yaxındır”, - Netanyahu bildirib.
İsrail Baş nazirinin sözlərinə görə, İran indi əvvəlkindən daha zəifdir və yaşamaq uğrunda mübarizə aparır.
“Düşmənlərimizə deyirəm: Bizimlə işiniz olmasın. Əgər bir şey öyrənmisinizsə, onda bizimlə işiniz olmamalıdır. Sizi məğlub etmək üçün gücümüz, qətiyyətimiz və daxili birliyimiz var”, - o, əlavə edib.
Qeyd edək ki, Netanyahu bu bəyanatı müdafiə naziri İsrael Kats, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və yüksək rütbəli hərbi rəsmilərlə görüşdə verib.

DİGƏR XƏBƏRLƏR

Top